Şabranda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Şabranda avtomobilin vurduğu qadın xəstəxanada ölüb
# 20 fevral 2020 11:29 (UTC +04:00)

Şabranda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 19-da saat 19 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində Xaçmaz rayon sakini Ş.Cavadov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Səkinə Mustafayevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR