Şabranda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb

Şabranda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb
  • Clock-gray 10:32
  • calendar-gray 21 Yanvar 2021

Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi M.Əsədullayev və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər. 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar. 

 

Səlcuq Elçin

Digər xəbərlər