Şabranda piyadanı vuraraq öldürən sürücü saxlanılıb

Şabranda piyadanı vuraraq öldürən sürücü saxlanılıb
# 17 sentyabr 2020 13:08 (UTC +04:00)

Şabranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 15-də saat 21 radələrində Şabran rayonunun Ağbaş kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Xaçmaz rayon sakini Etibar Kərimov olması müəyyən edilib.

Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı avtomobilin sürücüsü Ağdam rayon sakini K.İsgəndərov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR