Şabranda qohumunu bıçaqlayaraq öldürən şəxs tutulub

Şabranda qohumunu bıçaqlayaraq öldürən şəxs tutulub
  • Clock-gray 11:17
  • calendar-gray 01 Avqust 2020

Avqustun 1-də saat 05 radələrində, Şabran rayonu, Günəşli kənd sakini Əmirov Ələkbər Məzahir oğlunun bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub. 

Şabran rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

İlkin istintaqla hadisənin zərəçəkmiş şəxsin xalası oğlu 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Taleh Atamoğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

apa-logo-mini

Digər xəbərlər