Şabranda sürücü avtobusla ər və arvadı vurub, ölən var

Şabranda sürücü avtobusla ər və arvadı vurub, ölən var
# 31 dekabr 2020 13:09 (UTC +04:00)

Şabran şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, belə ki, dekabrın 30-u saat 21 radələrində Şabran şəhər sakini N.Şeydayev sərxoş vəziyyətdə idarə etdiyi “KAvZ” markalı avtobusla yolun kənarı ilə hərəkət edən həmyerliləri Q.Rzayevanı və əri E.Mürsəlovu vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb, həyat yoldaşına isə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Şabran Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR