Salyan sakinlərindən silah-sursat götürülüb

Salyan sakinlərindən silah-sursat götürülüb
# 21 yanvar 2021 13:29 (UTC +04:00)

Salyan sakinlərindən odlu silahlar və patronlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri X.Qurbanovdan və V.Qurbanovdan “BM” markalı ov tüfəngləri və 13 ədəd patron, Q.Orucovdan “TOZ-16”, S.Eyvazovdan “İJ-16”, R.Sultanovdan “İJ-17”, N.Əhmədovdan isə “İJ-58” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR