Salyan və Tərtər sakinlərindən odlu silahlar götürülüb

Salyan və Tərtər sakinlərindən odlu silahlar götürülüb
# 12 yanvar 2021 11:40 (UTC +04:00)

Salyan və Tərtər sakinlərindən qanunsuz odlu silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şorsulu kənd sakini E.Aslanovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Tərtər polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bəyimsarov kəndində yaşayan R.Əlizadənin evidən “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR