Salyanda aktiv koronavirus xəstəsinin qaynatasının yasına getdiyi müəyyənləşib

Salyanda aktiv koronavirus xəstəsinin qaynatasının yasına getdiyi müəyyənləşib
# 12 aprel 2021 12:21 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi aktiv koronavirus xəstələrinin özünütəcrid qaydalarına əməl etməməsi hallarına rast gəlinir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Aşağı Kürkənd sakini Əli Ağayev koronavirus xəstəsi olduğu və ona yaşayış yerini tərk etməmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, buna məhəl qoymayıb.

Ə.Ağayev rayon ərazisində qaynatısının yasına gedərək sanitar-karantin qaydalarını pozub.Salyan RPŞ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanılıb.

Tibbi prosedurlar gözlənilməklə Ə.Ağayev yaşayış yerinə qaytarılıb. Onun barəsində qanuni tədbir görülüb.Həmçinin yas mərasimi keçirən Ə.Ağayevin qohumu olan 4 nəfər barəsində də inzibati protokollar tərtib edilib. Onlar 200 manat məbləğində cərimələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR