Salyanda ikimərtəbəli evdə yanğın olub

Salyanda ikimərtəbəli evdə yanğın olub
  • Clock-gray 23:57
  • calendar-gray 09 İyul 2020

Salyan rayonunda yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Yanğın zamanı ümumi sahəsi 128 kv/m olan ikimərtəbəli evin yanar konstruksiyaları 48 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

apa-logo-mini

Digər xəbərlər