Salyanda oğurluq etmiş keçmiş məhkum saxlanılıb

Salyanda oğurluq etmiş keçmiş məhkum saxlanılıb
  • Clock-gray 14:10
  • calendar-gray 27 Noyabr 2020

Salyanda oğurluq etmiş keçmiş məhkum saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 ev və 4 həyətdən ev əşyaları, avtomobil üçün ehtiyat hissələri, 20 ev quşu, su mühərriki, 2 qapı və velosiped oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan Salyan şəhər sakini, 1987-ci il təvəllüdlü Coşqun Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər