Salyanda qanunsuz ov edən şəxslər saxlanılıb

Salyanda qanunsuz ov edən şəxslər saxlanılıb
# 08 yanvar 2021 22:33 (UTC +04:00)

Salyan Rayon Polis Şöbəsinin (ŞPŞ) Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən rayonunun Düzənlik kəndi ərazisində həmin kəndin sakinləri, 1988-ci il təvəllüdlü Xəlilov Elvin Güloğlan oğlu və 1967-ci il təvəllüdlü Əliyev Arif Maarif oğlu qanunsuz ov etdiklərinə görə saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saxlanılan şəxslərdən sənədləri olmayan 2 ədəd ov silahı, 2 ədəd patron və 1 ədəd çöl ördəyi aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR