Salyanda qızını qətlə yetirən şəxsin evindən ov tüfəngi götürülüb

Salyanda qızını qətlə yetirən şəxsin evindən ov tüfəngi götürülüb
# 29 dekabr 2020 15:17 (UTC +04:00)

Salyanda qətl törədən şəxsin evindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ötən gün Salyan rayonunun Babazanlı qəsəbəsində yaşayan Məzahir Qurbanovun evində ailə münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qızı Rəvanəni qətlə yetirməsi, sonradan isə özünü öldürməsi barədə məlumat daxil olub

Hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olan “İJ-52” markalı ov tüfəngi götürülüb.

Araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR