Salyanda təhlükəli döyüş sursatı aşkar olunub - FOTO

Salyanda təhlükəli döyüş sursatı aşkar olunub - FOTO
  • Clock-gray 01:44
  • calendar-gray 17 Fevral 2020

Salyan rayonu, Xurşud kəndi ərazisində əkin sahəsindən minanın tapılması barədə məlumat daxil olub.

APA Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə istinadən xəbər verir ki, bu barədə Agentliyə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən bildirilib.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib və adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 300 mm-lik M-31 raketinin döyüş başlığı (F-972) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Döyüş başlığının ətrafında 1 000 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date