Salyanda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanıb

Salyanda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanıb
# 15 dekabr 2020 10:55 (UTC +04:00)

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun Bəydilli kəndində yaşayan Ələkbər Əkbərovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsi ilə ona yaşayış evini tərk etməmək barədə xəbərdarlıq olunmasına baxmayaraq, bu göstərişlərə əməl etməyib.

Yaşadığı ünvanı bir neçə dəfə tərk edən Ələkbər Əkbərov Bəydilli kəndinin inzibati ərazisində ictimai yerdə olması polislər tərəfindən müəyyən edilib. Polislər təcili tibbi yardım avtomobili vasitəsi ilə həmin şəxsi yaşadığı evə qaytarıblar.

Onun barəsində Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

“Bir daha evdə məcburi müalicəyə cəlb olunan aktiv koronavirus xəstələrindən sanitar-karantin qaydalarına əməl edərək müalicə müddəti bitənədək mənzillərini tərk etməmək tələb olunur. Əks təqdirdə həmin şəxslər polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediləcəklər”, - deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR