Salyanda yol qəzasında xəsarət alan piyada xəstəxanada ölüb

Salyanda yol qəzasında xəsarət alan piyada xəstəxanada ölüb
# 21 sentyabr 2020 08:59 (UTC +04:00)

Salyanda avtomobil qəzasında xəsarət alan rayon sakini xəstəxanada dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Əliyev Bayram Əliyar oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib.

Xatırladaq ki, hadisə sentyabrın 20-də Ələt-Astara magistral yolunda baş vermişdi. Salyan şəhər sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Ümid Rafət oğlu idarə etdiyi “BMW” markalı avtomobillə yolun kənarında dayanan piyada Bayram Əliyevi vurmuşdu.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR