Şamaxıda avtomobil qəzası zamanı ölən şəxsin adı məlum olub - YENİLƏNİB

Şamaxıda avtomobil qəzası zamanı ölən şəxsin adı məlum olub - YENİLƏNİB
# 28 mart 2020 23:06 (UTC +04:00)

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 18:00 radələrində Şamaxının Şərədil kəndi ərazisində 99-UB-539 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobilinin yol kənarındakı radar dirəyinə çırpılması zamanı ağır xəsarət alan sürücü Xırdalan şəhər sakini, 1989-cu il təvəllüdlü Abbasov Elvin Mehman oğlu olub.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

****

18:48

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunda, Şamaxının Şərədil kəndi ərazisində qeydə alınıb. 99-UB-539 dövlət nömrə nişanlı "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı radar dirəyinə çırpılıb. Hadisə zamanı avtomobil əzilib, radar dirəyi aşıb, sürücü ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, sürücü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR