Şamaxıda evlərdən 22 min manatlıq oğurluq edən şəxslər tutulub - FOTO

Şamaxıda evlərdən 22 min manatlıq oğurluq edən şəxslər tutulub - FOTO
# 29 mart 2021 11:33 (UTC +04:00)

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində evlərdən oğurluq edən şəxslər saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində yerləşən fərdi yaşayış evindən 3000 ABŞ dolları və 1600 manat pulun oğurlanması ilə bağlı daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Həsənov və Şamaxı şəhər sakini Ağakərim Mahmudov tutulub. Araşdırma zamanı saxlanılan A.Mahmudovun daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun vətəndaş Nurlan Heydərovla qabaqcadan əlbir olaraq daha bir mənzildən 12000 manat pul və 5400 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR