Şamaxıda hamilə qadına işgəncə verən şəxsin məhkəməsi başlayır

Şamaxıda hamilə qadına işgəncə verən şəxsin məhkəməsi başlayır
# 24 iyun 2020 09:08 (UTC +04:00)

Şamaxıda hamilə qadına işgəncə verən şəxs barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, rayon sakini M. M-ə tanışı Kamran Kərimov tərəfindən işgəncə verilməsi ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən K. Kərimov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 133.2.2-ci (işgəncə vermək, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.

Onun barəsində aparılan ibtidai istintaq başa çataraq baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Etibar Hümmətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR