Şamaxıda idman müəllimi Avropa çempionunu öldürüb - YENİLƏNİB - FOTO - VİDEO

Şamaxıda idman müəllimi Avropa çempionunu öldürüb - YENİLƏNİB - FOTO - VİDEO
# 01 fevral 2020 13:55 (UTC +04:00)

Şamaxıda törədilən qətlin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, "Yeddi Gümbəz" qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir. Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.

***

09.47

Şamaxıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə şəhərin "Yeddi Günbəz" qəbirstanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bışaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, O. Hacıyev şübhəli şəxs qismində saxlanılb.

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR