Şamaxıda karantin qaydalarını pozan oyun zalı aşkarlanıb

Şamaxıda karantin qaydalarını pozan oyun zalı aşkarlanıb
# 18 fevral 2021 16:52 (UTC +04:00)

Şamaxı şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli fəaliyyət göstərən “PlayStation” oyun zalı aşkar edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon sakini Valeh Qurbanovun oyun zalı işlətdiyi məlum olub.

İcarədar və orada olan müştərilər polis şöbəsinə gətirilib. Xüsusi karantin qaydalarını pozan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR