Samur-Abşeron kanalına maşın düşüb, sürücü son anda xilas edilib - FOTO

Samur-Abşeron kanalına maşın düşüb, sürücü son anda xilas edilib  - FOTO
# 04 aprel 2021 17:30 (UTC +04:00)

Bu gün Quba-Xaçmaz yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, iki "Vaz 2106" markalı maşın toqquşub.

Qəza nəticəsində avtomobillərdən biri Samur-Abşeron kanalına düşüb. Ətrafdakı insanların köməyi ilə sürücü sudan çıxarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR