Samux, Ağsu və Ağcabədi sakinlərindən odlu silah götürülüb

Samux, Ağsu və Ağcabədi sakinlərindən odlu silah götürülüb
# 30 yanvar 2021 12:46 (UTC +04:00)

Samux, Ağsu və Ağcabədi sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəfərbəyli kənd sakini A.Abbasovun yaşadığı evə baxış zamanı “TOZ-8” markalı tüfəng və 2 ədəd patron tapılıb.

Samux RPŞ-nin əməkdaşları tərəfindən Qarayeri qəsəbə sakini B.Babayevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilib.

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən Kəlağaylı kənd sakini R.Nəsibovdan müfaviq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR