Samux sakini tərəfindən qaçırılan qız ailəsinə təhvil verilib

Samux sakini tərəfindən qaçırılan qız ailəsinə təhvil verilib
# 11 mart 2021 09:51 (UTC +04:00)

Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

Bu barədə APA-nın yerli bürosuna DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR