Samux sakinindən odlu silah və patron götürülüb

Samux sakinindən odlu silah və patron götürülüb
# 12 dekabr 2020 13:59 (UTC +04:00)

Samux rayon sakinindən odlu silah-srsat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarabağlar kənd sakini S.Allahverdiyevdən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi, 5 ədəd patron və patrondaş (qatar) aşkar edilərək götürülüb.

S.Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci (Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması) maddəsi ilə protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR