Samuxda baş verən qəzada 4 nəfər xəsarət alıb - FOTO

Samuxda baş verən qəzada 4 nəfər xəsarət alıb  - FOTO
  • Clock-gray 14:42
  • calendar-gray 10 İyul 2020

Samuxda iki avtomobil toqquşub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. “VAZ-2107” və “NAZ-Lifan” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alanlardan üçü - rayon sakinləri, 21 yaşlı İsmət Hümbətov, 50 yaşlı Vaqif Məmmədov, 41 yaşlı Elnarə Məmmədova Gəncədəki xəstəxanalardan birinə yerləşdiriliblər. Bir nəfərə isə xəsarəti yüngül olduğundan hadisə yerində yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər