Samuxda ferma ərazisində yanğında bir nəfər xəsarət alıb

Samuxda ferma ərazisində yanğında bir nəfər xəsarət alıb
# 16 iyul 2020 09:08 (UTC +04:00)

Samux rayonunda yanğın olub.

APA-nın Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Sarıqamış kəndində ferma ərazisinə yığılan 4278 ton ot bağlamasının 2278 tonu yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqda yığılan digər ot bağlamaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR