Samuxda kürəkənini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Samuxda kürəkənini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
# 19 sentyabr 2020 08:34 (UTC +04:00)

Samuxda kürəkənini bıçaqlayan şəxs saxlanılıb.

APA -nın yerli bürosunun məlumatına görə, həmin şəxs Qovlarsarı kənd sakini 1973-cü il təvəllüdlü Ələkbərov Rəfaeldır.

Məlumata görə, hadisə onlar arasında yaranan mübahisədən sonra baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Həsənov Vüqar sərxoş vəziyyətdə qayınatasıgilə gəlib. Bu zaman onların arasında söz-söhbət olub. Nəticədə Rəfael Ələkbərov kürəkəninə 2 bıçaq zərbəsi vurub.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

02:47

Samuxda bıçaqlanma hadisə baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlarsarı kənində qeydə alınıb.

1992-ci il təvəllüdlü Həsənov Vüqar Bəhruz oğlu qarnın kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 28 yaşlı kişi qayınatası tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR