Samuxda minik maşını aşıb, sürücü xəsarət alıb - FOTO

Samuxda minik maşını aşıb, sürücü xəsarət alıb - FOTO
# 08 avqust 2020 18:14 (UTC +04:00)

Samux rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR