Samuxda qadın dəm qazından zəhərlənib

Samuxda qadın dəm qazından zəhərlənib
# 17 fevral 2020 00:48 (UTC +04:00)

Samuxda 42 yaşlı qadın dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar Sarı kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Qafarova Təranə Cəlal qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib və vəziyyətinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR