Samuxda qanunsuz silah saxlayan şəxslər saxlanılıb

Samuxda qanunsuz silah saxlayan şəxslər saxlanılıb
# 05 fevral 2021 17:24 (UTC +04:00)

Samuxda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları rayonun Nəbiağalı qəsəbə sakinləri İsgəndər Məmmədovdan 16 kalibrli müvafiq sənədləri olmayan tək lüləli, istifadəyə yararlı “TOZ” markalı tüfəng, Qurban Məmmədovdan isə 1 ədəd 16 kalibrli, tək lüləli tüfəng aşkar edərək götürüb.

Hazırda faktlarla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR