Samuxda qətl törədən şəxs tutulub - YENİLƏNİB

Samuxda qətl törədən şəxs tutulub - YENİLƏNİB
  • Clock-gray 10:29
  • calendar-gray 02 Mart 2021

Martın 1-də saat 13 radələrində Samux rayonu, Sərkar kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Elşən Rövşən oğlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Samux rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1991-ci il təvəllüdlü Həsənov Vüqar Adil oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elşən Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  

Vüqar Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

01 mart saat 19:34

Samuxda qətl törədən şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, Samux rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarışları nəticəsində hadisəni törədən 1983-cü il təvəllüdlü Vüqar Həsənov saxlanılıb.

Məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Hadisəni törədən şəxsin əvvələr məhkumluğu olub.

***

13:46

Samux rayonunda qətl törədilib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Sərkar kəndində qarın nahiyəsindən bıçaq xəsarəti almış 1990-cı il təvəllüdlü Məmmədov Elşən Arzu oğlu xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər