Səbaildə qaydaları pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb

Səbaildə qaydaları pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb
# 19 dekabr 2020 15:43 (UTC +04:00)

Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərən restoran aşkarlanıb.

DİN Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Badamdar qəsəbəsi, Əli Nəzərov küçəsində yerləşən restoranın icarədarı Erkin Səmədov, həmçinin orada olan 28 nəfər şəxs saxlanılaraq polis idarəsinə gətiriliblər.

Saxlanılan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokollar tərtib olunaraq, inzibati tənbeh tədbiri tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR