"Sədərək" Ticarət Mərkəzində yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB 2

"Sədərək" Ticarət Mərkəzində yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB 2
# 18 fevral 2020 09:32 (UTC +04:00)

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hazırda Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Hazırda yanğın yerində soyutma və kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.

***

09:23

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən "Sədərək" Ticarət Mərkəzinə gəlib.

APA-nın xəbərinə görə, yanğının qarşısının tam alınması üçün tədbirlər davam etdirilir.

***

09:09

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi üçün işlər davam etdirilir.

***

08:05

"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Dölət Yanğından Mühafizə xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR