Səfirlik: İstanbul aeroportunda Azərbaycan əsilli Qazaxıstan vətəndaşı xəsarət alıb

Səfirlik: İstanbul aeroportunda Azərbaycan əsilli Qazaxıstan vətəndaşı xəsarət alıb
# 06 fevral 2020 16:48 (UTC +04:00)

İstanbul Sabiha Gökçen hava limanında sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada bir nəfər Azərbaycan əsilli Qazaxıstan vətəndaşı xəsarət alıb.

Bu barədə APA-nın yerli bürosuna Qazaxıstanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, xəsarət alan şəxsin səhhəti yaxşıdır.

Xatırladaq ki, dünən İstanbul Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR