Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan uşağın vəziyyəti barədə məlumat yayıb

Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan uşağın vəziyyəti barədə məlumat yayıb
  • Clock-gray 12:27
  • calendar-gray 24 Dekabr 2019

Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan yeni doğulmuş uşağın vəziyyəti haqqında məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti barədə xəstəxanadan bildiriblər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda həkimlərin nəzarəti altındadır. 

Faktla əlaqədar hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date