Səhiyyə Nazirliyi: Qusarda zəhərlənən 8 nəfər evə buraxılıb - YENİLƏNİB

Səhiyyə Nazirliyi: Qusarda zəhərlənən 8 nəfər evə buraxılıb - YENİLƏNİB
# 16 dekabr 2019 10:47 (UTC +04:00)

Səhiyyə Nazirliyi Qusarda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

***

saat 10:16

Qusar rayonunda qidadan kütləvi zəhərlənmə faktı baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qələcuq kəndində qeydə alınıb.

2012-ci il təvəllüdlü Ağakişiyeva Mədinə Tərlan qızı, 2010-cu il təvəllüdlü Ağakişiyeva Lalə Tərlan qızı, 2011-ci il təvəllüdlü Ağakişiyev Məmmədəli Kamran oğlu, 2014-cü il təvəllüdlü Ağakişiyev Seyidəli Kamran oğlu, 2018-ci il təvəllüdlü Ağakişiyeva Şəfa Kamran qızı, 1963-cü il təvəllüdlü Ağakişiyev Ağaəfəndi Əliəfəndi oğlu, 1989-cu il təvəllüdlü Ağakişiyeva Aygün Fikrət qızı və Ağakişiyeva Nəsibə Kamil qızı qida zəhərlənməsi diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə onların qutabdan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR