Səhiyyə Nazirliyi: Xəstəxanaya yerləşdirilən tələbələrin gün ərzində evə buraxılması gözlənilir - YENİLƏNİB

Səhiyyə Nazirliyi: Xəstəxanaya yerləşdirilən tələbələrin gün ərzində evə buraxılması gözlənilir - YENİLƏNİB
# 03 dekabr 2019 13:25 (UTC +04:00)

Qazax Diaqnostika Mərkəzinə 7 nəfər gətirilib.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onların 2-də ürəkbulanma var, qalan tələbələrin vəziyyəti yaxşıdır. Tələbələrin gün ərzində evə buraxılması gözlənilir.

İlkin ehtimala görə, tələbələr sobanın yanması nəticəsində yaranan tüstüdən özlərini pis hiss eləyiblər.

***

Saat 11:48

Qazaxda kollec tələbələri zəhərlənib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Qazax Dövlət Sosial İqtisadi Kollecində qeydə alınıb. Kollecin tələbələri - 19 yaşlı Əfsanə Mətləb qızı Səfərli, 19 yaşlı Güləndam Sadiq qızı Həsənova, 19 yaşlı Xavər Fikrət qızı Məmmədova, 18 yaşlı Arzu Azər qızı Əlizadə, 19 yaşlı Saida İntiqam qızı Mərdanova və Mahizər Akif qızı Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Tələbələrin kollecdəki dizel yanacağı ilə işləyən sobanın tüstüsündən zəhərləndiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR