Sirkə turşusundan zəhərlənən İmişli sakini xəstəxanada ölüb - YENİLƏNİB

Sirkə turşusundan zəhərlənən İmişli sakini xəstəxanada ölüb - YENİLƏNİB
# 14 fevral 2021 10:27 (UTC +04:00)

İmişli rayonunda zəhərlənən şəxs reanimasiya şöbəsində dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sirkə turşusundan zəhərlənən İmişli rayonun Qaradonlu kənd sakini, 1998-ci il təvəllüdlü Mehdizadə Vahib Abdulhüseyn oğlu xəstəxanada ölüb.

Qeyd edək ki, 23 yaşlı gənc qida borusunun və mədənin kimyəvi yanığı diaqnozu ilə ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

13 Fevral saat 01:20

İmişli rayonunda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qaradonlu kənd sakini, 1998-ci il təvəllüdlü Mehdizadə Vahib Abdulhüseyn oğlu sirkə turşusu içib.

Ağır vəziyyətdə olan 23 yaşlı gənc qida borusunun və mədənin kimyəvi yanığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR