Şirvan sakinindən silah və narkotik götürülüb - FOTO

Şirvan sakinindən silah və narkotik götürülüb - FOTO
# 30 mart 2020 13:12 (UTC +04:00)

Şirvan sakinindən silah və narkotik götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şirvan sakini, 1971-ci il təvəllüdlü Hümbətov Yadigar Abasət oğlu şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış zamanı ondan narkotik vasitə olan heroin və 1 ədəd kibrit qutusunda marixuana toxumları aşkar edilərək götürülüb. Onun yaşadığı evə baxış zamanı oradan pnevmatik tapança da götürülüb.

Qeyd edilir ki, adı çəkilən şəxs əvvəllər “İctimaiyyətin səsi və Ekologiya” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR