Şirvan sakinlərindən külli miqdarda narkotik götürülüb

Şirvan sakinlərindən külli miqdarda narkotik götürülüb
# 27 iyun 2020 13:22 (UTC +04:00)

Şirvan sakinlərindən külli miqdarda narkotik vasitələr götürülüb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ramil Arif oğlu Şahbazovun evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 107 ədəd çətənə kolu və 1 kiloqram 615 qram marixuana aşkar edilərək götürülüb. Onun qardaşı, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Qurbanəli Arif oğlu Şahbazovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbə sakini, əvvəllər məhkum olunan 1987-ci il təvəllüdlü Elnur Vaqif oğlu Məmmədovun evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Hər 3 faktla əlaqədar Şirvan polisi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR