Şirvan və Ordubad sakinlərindən odlu silah götürülüb

Şirvan və Ordubad sakinlərindən odlu silah götürülüb
# 26 yanvar 2021 12:26 (UTC +04:00)

Şirvan və Ordubad sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini Ş.Həsənovdan müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngi götürülüb.

Bundan başqa polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Ordubad rayonunun Azadkənd kənd sakini M.Bayramov tapdığı “AKM” markalı avtomatı könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR