Şirvanda 17 yaşlı oğlan Kürdə batıb - YENİLƏNİB - FOTO

Şirvanda 17 yaşlı oğlan Kürdə batıb - YENİLƏNİB - FOTO
# 03 iyul 2020 12:04 (UTC +04:00)

Kürdə batan yeniyetmənin meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbər görə, Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində batan, 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlunun axtarışları başa çatıb. Yeniyetmənin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.

***

saat 11:38

Şirvanda 17 yaşlı yeniyetmə çayda batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR