Şirvanda Kür çayında batan şəxs xilas edilib - YENİLƏNİB

Şirvanda Kür çayında batan şəxs xilas edilib  - YENİLƏNİB
# 03 iyul 2020 05:14 (UTC +04:00)

İyulun 2-də Kür çayının Şirvan şəhərindən keçən hissəsində çimərkən 1 nəfər şəxs batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çayda batan şəxs xilas olunub.

***

2 iyul, saat 22:38

Axşam saatlarında Kür çayının Şirvan şəhərindən keçən hissəsində yeniyetmə batıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

Suda batanın şəxsiyyəti müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR