Şirvanda avtomobil azyaşlını vurub

Şirvanda avtomobil azyaşlını vurub
# 07 fevral 2021 12:19 (UTC +04:00)

Şirvan rayonunda azyaşlını avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

"Mercedes" markalı avtomobil yola qəfildən çıxan təxminən 12 yaşlı uşağı vurub. Ağır xəsarətlər alan azyaşlını sürücü özü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR