Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb

Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb
# 05 avqust 2020 22:45 (UTC +04:00)

“VAZ 21015” markalı 90 GN 528 dövlət nömrə nişanlı avtomobil Şirvan-Salyan yolunda yolu keçən Şirvan sakini, 1995-ci il təvəllüdlü Əmirov Miralim Damət oğlunu vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yaralı ağır vəziyyətdə kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR