Şirvanda avtomobil piyadanı vurub

Şirvanda avtomobil piyadanı vurub
# 16 dekabr 2019 00:24 (UTC +04:00)

Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“Toyota Prado” markalı avtomobil sərxoş vəziyyətdə olan Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1975-ci il təvəllüdlü Balayev Ziyafət Qirayət oğlunu vurub.

Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR