Şirvanda avtomobil qadını vurub

Şirvanda avtomobil qadını vurub
# 09 dekabr 2019 09:41 (UTC +04:00)

Şirvanda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, H. Əliyev prospektində qeydə alınıb. Şirvan sakini, Səlimov Eminin idarə etdiyi “Mercedes” markalı 99-MB-887 dövlət nömrə nişanlı avtomobil orta yaşlı qadını vurub. Nəticədə piyada ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR