Şirvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Şirvanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
# 06 dekabr 2020 10:47 (UTC +04:00)

Şirvanda bir həftə əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 28-də Şirvan sakini idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Kamilova Ziyafət Ədalət qızını vurub.

Ağır xəsarətlər alan piyada kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə, daha sonra paytaxdakı özəl klinikalardan birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq ağır xəsarətlər alan 58 yaşlı qadın bu gün səhər saatlarında keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR