Şirvanda avtomobilin vurduğu piyadanın hər iki ayağı sınıb

Şirvanda avtomobilin vurduğu piyadanın hər iki ayağı sınıb
# 06 fevral 2021 19:47 (UTC +04:00)

Şirvanda avtomobilin vurduğu piyadanın hər iki ayağı sınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında köhnə şəhər massivində qeydə alınıb. "VAZ 2107" markalı avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Alim Məmmədovu vurub. Yaralı hər iki ayağının sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR