Şirvanda kişinin arvadını öldürməsi ilə bağlı cinayət işi başlanıb

Şirvanda kişinin arvadını öldürməsi ilə bağlı cinayət işi başlanıb
# 27 fevral 2020 09:20 (UTC +04:00)

Şirvanda baş verən qətllə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri ərazisində yerləşən Sənaye zonasında baş verib.

Şirvan şəhərində məskunlaşan əvvəllər məhkum olunmuş Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında əvvəl boğub və daha sonra isə həyat yoldaşının boğazı damarını kəsərək qətlə yetirib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR